Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz - Rəsmi

Siyaset

Xeberlernet

Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimidörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkƏli Həsənov icra başçılarına məcburi köçkünlərlə bağlı tapşırıq verdiMehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz - Rəsmi"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb".APA-nın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.Ə. Həsənov nəzərə çatdırıb ki, keçən il 2300 ailə - 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, bu il isə ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezidentin də fəaliyyətinin prioritetidir.Bakı və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də Mehriban Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Ə. Həsənov bir daha diqqətə çatdırıb ki, dövlət başçısının da, ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: "Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir”.Ə. Həsənov baş nazirin müavini, YAP sədrinin müavini səlahiyyətləri çərçivəsində işğal altında olan rayon icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq, onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin problemlərinin həllinə nail olmaq göstərişlərini də verib.

TFF 2. Ve 3. Lig Maçları Yaay'da

MCU Beşinci Fazda Tanıtılan En İyi 7 Marvel Karakteri

Eskişehirspor'un Yeni Forma Sponsoru Belli Oldu

TurkNet’ten Yapay Zekâ Destekli Ses Analiz Aracı: Harmony

Kesinlikle Kendi Dizi Projelerini Hak Eden Marvel Karakterleri

Jaws Dışındaki En İyi Köpekbalığı Filmleri

2020'lerin En İyi 10 Animasyon TV Dizisi

Sizi Huzursuz Edecek En İyi 10 Kore Gerilim Filmi

İnsana Böyle Bir Keyif Yok Dedirten, Basit Ama Keyif Verici 15 An

Ülkemizde Var Olmadıkları İçin Şükretmemiz Gereken, Alanlarına Çok Yabancı 19 Bilim İnsanı Tipi

Hayatımızda Yer Edinmiş Efsane Oyunların Kendileri Kadar Efsaneleşmiş 18 Müziği

Vizyon Tarihlerinin Üstünden 30 Yıl Geçmiş Efsane Filmler

16 Ülkenin Ağızları Sulandıran Kahvaltı Tabağı Çeşitleri

2017 FIFA Kokartlı Kadın Hakemlerimiz

Süper Kahraman Filmlerinde Gelmiş Geçmiş En Havalı Kostümler

Zaman Yolculuğu Konulu En İyi 10 Film

Cennet Ülke İzlanda'yı Görmek İçin 11 Sebep

Aynı Yönetmen Tarafından Yönetildiğine İnanamayacağınız Filmler

Yabancı Dizilerde İzleyicilerin Nefretini Kazanmayı Başarmış Karakterler

Milli Sporcumuz Yusuf Dikeç Sosyal Medyada Dünya Çapında Trend Oldu. İşte O Paylaşımlar