Azərbaycanı və prezidenti təhqir edənlərə görün kim maliyyə yardımı ayırıb

Xeberlernet

Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.Oxu.Az xəbər verir ki, Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.“Quska” başladılacaq kampaniyalar üçün həmin təxribatçıların lazımi qədər vəsaitlə təmin olunacağına söz verib.Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın.Daha sonra “Quska” Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı, Orduxan Teymurxanın dayanmasını istəyib.Müzakirələrdən sonra adları çəkilən şəxslər Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.Mənbənin məlumatına görə, artıq “Quska” ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. O, vəsaitin davamlı olacağını söz verib. Qeyd edək ki, Azərbaycan cəmiyyətində kriminal “Quska” obrazı yaratmış Hüseyn Abdullayev vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı “qoçu dəstələri” ilə hücum çəkməyi ilə yadda qalıb.2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb.Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb.

TFF 2. Ve 3. Lig Maçları Yaay'da

MCU Beşinci Fazda Tanıtılan En İyi 7 Marvel Karakteri

Eskişehirspor'un Yeni Forma Sponsoru Belli Oldu

TurkNet’ten Yapay Zekâ Destekli Ses Analiz Aracı: Harmony

Kesinlikle Kendi Dizi Projelerini Hak Eden Marvel Karakterleri

Jaws Dışındaki En İyi Köpekbalığı Filmleri

2020'lerin En İyi 10 Animasyon TV Dizisi

Sizi Huzursuz Edecek En İyi 10 Kore Gerilim Filmi

İnsana Böyle Bir Keyif Yok Dedirten, Basit Ama Keyif Verici 15 An

Ülkemizde Var Olmadıkları İçin Şükretmemiz Gereken, Alanlarına Çok Yabancı 19 Bilim İnsanı Tipi

Hayatımızda Yer Edinmiş Efsane Oyunların Kendileri Kadar Efsaneleşmiş 18 Müziği

Vizyon Tarihlerinin Üstünden 30 Yıl Geçmiş Efsane Filmler

16 Ülkenin Ağızları Sulandıran Kahvaltı Tabağı Çeşitleri

2017 FIFA Kokartlı Kadın Hakemlerimiz

Süper Kahraman Filmlerinde Gelmiş Geçmiş En Havalı Kostümler

Zaman Yolculuğu Konulu En İyi 10 Film

Cennet Ülke İzlanda'yı Görmek İçin 11 Sebep

Aynı Yönetmen Tarafından Yönetildiğine İnanamayacağınız Filmler

Yabancı Dizilerde İzleyicilerin Nefretini Kazanmayı Başarmış Karakterler

Milli Sporcumuz Yusuf Dikeç Sosyal Medyada Dünya Çapında Trend Oldu. İşte O Paylaşımlar