Rəsmi konfrans tədbirində İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub

First lady Mehriban Aliyeva

"Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub. Azərbaycan prezidenti İlham Əliyev müraciətində bildirib ki, Azərbaycan teatrının ləyaqətli tarixi var: XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrin ölkədə maarifçilik hərəkatının inkişafına ciddi təkan verdiyini qeyd edən Azərbaycan prezidenti qeyd edib ki, bu, ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradıb: "Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mədəni şəraitində yaranıb. 144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan teatrı 2009-2019-cu illərdə adlı Dövlət Proqramı çərçivəsində artıq 4-cü dəfədir ki, beynəlxalq teatr konfransı keçirilir. Sevindirici haldır ki, builki konfrans respublikamızda elan olunmuş multikulturalizm ili tədbirləri sırasındadır. Təqdirə layiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının teatr və multikulturalizm mövzusuna həsr olunmuş 4-cü Bakı konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcəyinin inkişafının istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir. Bu çox nəcib və xeyirxah bir əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir. Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasında mədəni dostluq tellərini daha da möhkəmləndirəcəklər. Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm”. //APA

TFF 2. Ve 3. Lig Maçları Yaay'da

MCU Beşinci Fazda Tanıtılan En İyi 7 Marvel Karakteri

Eskişehirspor'un Yeni Forma Sponsoru Belli Oldu

TurkNet’ten Yapay Zekâ Destekli Ses Analiz Aracı: Harmony

Kesinlikle Kendi Dizi Projelerini Hak Eden Marvel Karakterleri

Jaws Dışındaki En İyi Köpekbalığı Filmleri

2020'lerin En İyi 10 Animasyon TV Dizisi

Sizi Huzursuz Edecek En İyi 10 Kore Gerilim Filmi

İnsana Böyle Bir Keyif Yok Dedirten, Basit Ama Keyif Verici 15 An

Ülkemizde Var Olmadıkları İçin Şükretmemiz Gereken, Alanlarına Çok Yabancı 19 Bilim İnsanı Tipi

Hayatımızda Yer Edinmiş Efsane Oyunların Kendileri Kadar Efsaneleşmiş 18 Müziği

Vizyon Tarihlerinin Üstünden 30 Yıl Geçmiş Efsane Filmler

16 Ülkenin Ağızları Sulandıran Kahvaltı Tabağı Çeşitleri

2017 FIFA Kokartlı Kadın Hakemlerimiz

Süper Kahraman Filmlerinde Gelmiş Geçmiş En Havalı Kostümler

Zaman Yolculuğu Konulu En İyi 10 Film

Cennet Ülke İzlanda'yı Görmek İçin 11 Sebep

Aynı Yönetmen Tarafından Yönetildiğine İnanamayacağınız Filmler

Yabancı Dizilerde İzleyicilerin Nefretini Kazanmayı Başarmış Karakterler

Milli Sporcumuz Yusuf Dikeç Sosyal Medyada Dünya Çapında Trend Oldu. İşte O Paylaşımlar